Bakı. Trend:
Qəzza bölgəsində martın 18-də hərbi əməliyyatların bərpa olunmasından bəri 1,2 mindən çox fələstinli həlak olub, azı 3 min nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Fələstin anklavının səhiyyə nazirliyi məlumat yayıb.
“18 mart 2025-ci il tarixindən bəri Qəzzada 1249 nəfər həlak olub, 3022 nəfər yaralanıb”, - məlumatda qeyd olunur.
2023-cü ildən bəri isə fələstinli itkilərin ümumi sayı artıq 50 min nəfəri ötüb (50,609 nəfər). Yaralananların sayı 115,063 olaraq qeyd olunur.
Qeyd edək ki, HƏMAS-ın Qəzzada atəşkəs və əsirlərin mübadiləsi haqda Doha sazişinin ikinci mərhələsi üzrə danışıqlarda vasitəçilərin irəli sürdüyü şərtləri rədd etməsindən sonra İsrail bölgədə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb.