...

BMT baş katibi Qəzza ilə bağlı İsraildən bunu tələb etdi

Dünya xəbərləri Materials 10 Aprel 2025 11:50 (UTC +04:00)
BMT baş katibi Qəzza ilə bağlı İsraildən bunu tələb etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

BMT baş katibi Antonio Quterreş İsrail hakimiyyətindən humanitar yardım karvanının maeəsiz şəkildə Qəzza bölgəsinə buraxılmasının təmin edilməsini tələb edib.

Trend xəbər verir ki, bu barədə Quterreş öz “X” hesabında yazıb.

Onun sözlərinə görə, humanitar yardım karvanı Qəzza ilə İsrail arasındakı sərhəd-keçid məntəqəsində saxlanılıb.

"...Hazırda humanitar yardımın Qəzza sektoruna çatdırılması mümkün deyil. Keçid məntəqələrində ərzaq, dərman və sığınacaq vasitələri ehtiyatları toplanıb, həyati vacib yüklər gözləmədədir. Humanitar yardımın maneəsiz şəkildə çatdırılması təmin olunmalıdır", – o, “X platformasındakı səhifəsində yazıb.

Qeyd edək ki, martın 2-dən etibarən İsrail fələstin anklavına humanitar yardım tədarüklərini dayandırıb və bütün sərhəd-buraxılış məntəqələrini bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti