...

Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış olub, 3 nəfər ölüb

Dünya xəbərləri Materials 14 Aprel 2025 22:14 (UTC +04:00)
Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış olub, 3 nəfər ölüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Çeçenistan Respublikasının Naurski rayonunun Novoterskoye kəndində yanacaqdoldurma məntəqəsində yanacaq çəninin partlaması nəticəsində 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə İstintaq Komitəsinin regional idarəsi xəbər verib.

"Naurski rayonundakı yanacaqdoldurma məntəqəsində qazın partlaması və 3 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb. Bu gün saat 16 radələrində Naurski rayonunun Novoterskoye kəndindəki yanacaqdoldurma məntəqəsində alovlanmayan yanacaq çənində qaz partlaması baş verib. Bunun nəticəsində obyektin ərazisində olan üç nəfər həlak olub", - deyə bildirilib.

Qeyd olunub ki, hazırda müstəntiqlər və məhkəmə-tibb ekspertləri cinayət yerində baxış keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti