...

Suriyada dövlət çevrilişinin qarşısı alınıb

Dünya xəbərləri Materials 16 Aprel 2025 18:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyi ilə birgə Suriya ordusunun keçmiş zabitlərindən ibarət bir qrupun təşkil etdiyi dövlət çevrilişi cəhdinin qarşısını alıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər nazirliyi bəyanat yayıb.

Məlumata görə, sui-qəsdçilər “devrilmiş rejimin” tərəfdarlarına arxalanaraq mövcud hakimiyyəti devirməyi planlaşdırıblar.

Onların planları güc strukturlarının operativ fəaliyyəti və əhalinin dəstəyi sayəsində ifşa olunub.

“Biz keçmiş rejimin zabitləri tərəfindən hazırlanan çevriliş planlarını tamamilə puç etdik. Bu, silahlı qüvvələrimizin və xalqımızın səyi nəticəsində mümkün oldu”, – rəsmi açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti