Bakı. Trend:
Gürcüstanın hakim partiyası olan “Gürcüstan arzusu – Demokratik Gürcüstan”ın lideri və keçmiş baş-nazir İrakli Qaribaşvili siyasi karyerasına son qoymaq niyyətini elan edib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
“Bu gün siyasətdən getmək qərarımı açıqlamaq istəyirəm. Son həftələr mənim gələcək siyasi fəaliyyətimlə bağlı çoxsaylı şayiələr yayılıb və mən cəmiyyətə aydın və tam izahat verməyi özümə borc bilirəm”, - deyə o mətbuat konfransında bildirib.
Qeyd edilir ki, 22 fevral 2021-ci ildə Gürcüstan parlamenti İrakli Qaribaşvilinin baş nazir postuna təyinatı ilə bağlı səsvermə keçirmişdi, 89 deputat onun leyhinə səs vermişdi, daha sonra isə prezident Salome Zurabişvili onun təyinatı ilə bağlı fərman imzalamışdı. 29 yanvar 2024-cü ildə Qaribaşvili baş nazir vəzifəsindən istefa verdiyini elan etmiş və hakim partiyaya rəhbərliklə bağlı təklif aldığını bildirmişdi.