Bakı.Trend:
Rusiyanın paytaxtı Moskvada ABŞ prezidentinin xüsusi səfiri Stiv Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə sayca dördüncü görüşü keçirilir.
Trend xəbər verir ki, bu haqda TASS prezidentin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.
Kremldə bağlı qapılar arxasında keçən görüşdə, başlıca olaraq Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təkliflərin müzakirə olunacağı gözlənilir.
Kreml Uitkoffla Putinin görüşünün əvvəlini əks etdirən videonu yayımlayıb. Onlar bir-birilərini ingilis dilində salamlayıblar. Danışıqlarda, həmçinin, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və dövlət başçısının investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RFİF) rəhbəri Kirill Dmitriyev də iştirak edir. Uitkoff bundan əvvəl Dmitriyevlə ayrıca görüş keçirmişdi.