...

ABŞ Ukraynaya kibertəhlükəsizlik yardımını kəsib

Dünya xəbərləri Materials 26 Aprel 2025 07:31 (UTC +04:00)
ABŞ Ukraynaya kibertəhlükəsizlik yardımını kəsib

Bakı. Trend:

Vaşinqton Kiyevə kibertəhlükəsizlik yardımını kəsib, mütəxəssislər üçün müqavilələr ləğv edilib, müvafiq avadanlıq Ukraynaya çatdırılmayıb.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib.

Bildirilib ki, Ukrayna və ABŞ-də yaşayan ölkə daxilində yüzlərlə obyektdə kibertəhlükəsizlik üzrə texniki yardım göstərən onlarla insanla müqavilələr ləğv edilib və ya dayandırılıb.

Bundan başqa, Ukrayna infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan kompüter avadanlığı və proqram təminatı da çatdırılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti