Bakı. Trend:
Bu gün İranın cənubunda yerləşən Fars vilayətinin Şiraz şəhərində məhkəmə hakimi Ehsan Baqeri naməlum şəxslər tərəfindən öldürülüb.
Trend-in məlumatına görə, bunu İranın Fars vilayəti Ədliyyə İdarəsinin baş direktoru Sədrulla Rəcayi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, naməlum şəxslər məhkəmə hakimini soyuq silahdan istifadə edərək öldürüblər.
İranlı rəsmi naməlum şəxslərin tapılması istiqamətində əməliyyata başlandığını deyib.
