...

Türkiyə bu ölkəyə külli miqdarda KAAN qırıcısı tədarük edəcək

Dünya xəbərləri Materials 11 İyun 2025 14:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beşinci nəsil KAAN qırıcı təyyarələrinin İndoneziyaya tədarükü üzrə müqavilənin bağlandığını elan edib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Türkiyə lideri sosial şəbəkə paylaşımında bildirib ki, TUSAŞ şirkəti tərəfindən hazırlanan hərbi təyyarələrin ixracına dair müqavilə Cakartada keçirilən “INDO Defence 2025” hərbi sərgisi çərçivəsində imzalanıb.

“Dost və qardaş İndoneziya ilə imzalanan razılaşmaya əsasən, Türkiyə 48 ədəd KAAN təyyarəsini ixrac edəcək. Onların istehsalı zamanı İndoneziyanın malik olduğu imkanlardan da istifadə olunacaq”, - deyə Ərdoğan yazıb.

Türkiyə Prezidenti Müdafiə Sənayesi İdarəsini və TUSAŞ şirkətini ölkə tarixində rekord sayılan ixrac müqaviləsi münasibətilə təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti