...

Zəngəzur məsələsi Azərbaycan və Ermənistanın suveren işidir - Peskov

Dünya xəbərləri Materials 24 İyul 2025 14:29 (UTC +04:00)
Zəngəzur məsələsi Azərbaycan və Ermənistanın suveren işidir - Peskov
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizi ilə bağlı məsələ Ermənistan və Azərbaycanın suveren işidir.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.

“Bu, Ermənistan və Azərbaycanın suveren işidr. Biz Bakı və İrəvana ən tez zamanda müqaviləni imzalamağı arzu edirik”, - deyə Peskov jurnalistlərə bildirib.

O, Rusiyanın Ermənistan və Azərbaycan arasında gedən danışıqlara hər cür dəstək olduğunu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti