Bakı. Trend:
Türkiyənin Kocaeli şəhərinin Derince dəniz limanında hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsindən ümumilikdə 1 ton 508 kiloqram çəkidə narkotik vasitələr aşkarlanaraq müsadirə olunub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi “X” səhifəsində məlumat verib.
Əməliyyatda Kocaeli, İstanbul, Artvin vilayətlərinin polis idarələrinin narkotik vasitələrlə mübarizə bölmələrinin əməliyyatçıları iştirak edib və 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.
“1 ton 508 kiloqram” skank narkotik maddəsini ələ keçirərək onun insanlar arasında yayılmasının və cəmiyyətin sağlamlığına zərər vurmasının qarşısını aldıq...Bizim bütün mübarizəmiz başda gənclərimiz olmaqla bütün vətəndaşlarımızı qorumağa yönəlib. Və biz bu mübarizəni təkcə ölkəmiz üçün deyil, bütün insanlıq üçün aparırıq.Əməliyyatda əməyi keçənləri təbrik edirəm”,- deyə Yerlikaya yazıb.
