Bakı. Trend:
2500-dən çox elmi tədqiqat, klinik sınaqlar, meta-analizlər və klinik təcrübə qaydaları çətənə bitkisi mənşəli məhsulların tibbi istifadəsinin effektsiz olduğunu təsdiqləyib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, çətənə bitkisindən tetrahidrokannabinol və kannabidiol tərkibli məhsullar kimi xroniki ağrı, narahatlıq, yuxusuzluq və digər vəziyyətlərin müalicəsində geniş istifadə olunur.
Son araşdırmalarda qeyd olunur ki, istifadəçilərin yarıdan çoxu bu məhsullardan ağrıkəsici kimi istifadə etdiklərini bildirib. Tədqiqatlar isə bu məhsulların yalnız orta və qeyri-sabit ağrıkəsici təsir göstərdiyini göstərir. Bəzi hallarda potensial zərərlərin faydalardan daha artıqdır.
Eyni zamanda, psixi sağlamlıq və ürək-damar sisteminə dair risklər də önə çəkilib. Çətənə tərkibli maddələrin istifadəsi koronar ürək xəstəliyi, infarkt və insult kimi hallar da daxil olmaqla, ürək-damar risklərini artırır.
