Bakı. Trend:
Avstriyadan olan deputat Petra Bayr Avropa Şurasının Parlament Assambleyasının yeni prezidenti seçilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bayr Avstriya parlamentinin xarici siyasət komitəsinin sədridir. AŞPA-da keçirilən səs vermədə 164 parlamentari onun leyhinə səs verib və beləcə, avstriyalı deputat İsveçdən olan sağçı-mühafizəkar rəqibinə böyük səs üstünlüyü ilə qalib gəlib.
Strasburqda etdiyi çıxışda Petra Bayr AŞPA prezidenti olacağı müddətdə, təşkilatın beynəlxalq hüquqa, sülhə və ölkələrin ərazi bütövlüyünə sadiqliyini qoruyub saxlayacağını bildirib.
“Hüquq gücdən üstün olmalıdır, mən buna əminəm. Bütün müqavimətlərə rəğmən biz qayda-qanuna əsaslanan dünya nizamını qoruyub saxlamaq məcburiyyətindəyik”,-deyə o bildirib.
Bayr çıxışında Rusiyanın Ukraynaya qarşı apardığı işğal müharibəsini qəti şəkildə pisləyir və əhalinin cəsur müqavimətini yüksək qiymətləndirib.
Qeyd edək ki, Petra Bayra 2002-ci ildən Avstriya parlamentinin deputatıdır.
