...

Ötən il Çində orta illik temperatur ikinci dəfə rekord səviyyəyə çatıb

Dünya xəbərləri Materials 29 Yanvar 2026 20:56 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Çində orta illik temperatur ikinci dəfə rekord səviyyəyə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.

Çinin Meteorologiya İdarəsinin yaydığı məlumata görə, 2025-ci ildə ölkənin milli orta illik temperaturu ikinci ildir rekord həddə çataraq 10,9 dərəcə Selsi olub. Bu, 1961-ci ildən bəri aparılan müşahidələr tarixində ən yüksək göstəricidir.

Məlumat qurumun 2025-ci il üzrə iqlim bülleteninin təqdim olunduğu mətbuat konfransında açıqlanıb. Bildirilib ki, son onilliklər ərzində Çində orta temperaturda davamlı artım müşahidə olunur.

Qeyd edilir ki, ölkədə yüksək temperaturlar və güclü yağışlar daha da intensivləşərək daşqınlar və digər təbii fəlakətlər riskini artırır. Xüsusilə iyunun sonundan sentyabrın əvvəlinə qədər Çinin mərkəzi və şərq bölgələrində davamlı istilər qeydə alınıb.

Eyni zamanda, orta yağıntı miqdarı normadan 4,5 faiz çox olub. Çin tərəfi yüksək temperaturlu günləri 35 dərəcə Selsi və daha yuxarı olan günlər kimi təsnif edir.

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatının yanvar ayında yaydığı hesabata görə isə 2025-ci il planet üzrə ən isti üç il arasında yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti