...

Rumıniya prezidenti Vaşinqtonda Sülh Şurasının iclasına qatılacaq

Dünya xəbərləri Materials 16 Fevral 2026 06:53 (UTC +04:00)
Rumıniya prezidenti Vaşinqtonda Sülh Şurasının iclasına qatılacaq

Bakı. Trend:

Rumıniya prezidenti Nikuşor Dan fevralın 19-da Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak edəcək.

Trend xəbər verir ki, dövlət başçısı bu barədə feysbuk səhifəsində paylaşım edib.

O bildirib ki, tədbirə ABŞ Prezidenti Donald Tramp-ın dəvəti ilə qatılacaq və Rumıniya iclasda müşahidəçi statusunda təmsil olunacaq.

Dan vurğulayıb ki, görüş zamanı beynəlxalq sülh təşəbbüslərinə güclü dəstəyi və Qəzza zolağında bərpa prosesində iştirak etməyə hazır olduqlarını bir daha bəyan edəcək.

Xəbər lenti

Xəbər lenti