Bakı. Trend:
"Oskar" mükafatının laureatı, amerikalı aktyor Robert Dyuval 96 yaşında vəfat edib.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.
Aktyor fevralın 15-də Virciniya ştatının Middlburq şəhərindəki evində vəfat etdi.
R.Dyuval daha çox Korleone ailəsinin məsləhətçisi və vəkili Tom Haqen rolunu canlandırdığı "Xaç atası" və "Xaç atası II hissə" filmlərindəki rolları ilə, həmçinin podpolkovnik Kilgore rolunu canlandırdığı "Apokalipsis indi" filmindəki rolları ilə tanınıb.