...

Vaşinqton və Tehran ABŞ-nin İranın nadir torpaq minerallarına çıxışını müzakirə edə bilərlər

Dünya xəbərləri Materials 17 Fevral 2026 04:22 (UTC +04:00)

Bakı. Trend:

Cenevrədə keçiriləcək danışıqlarda Tehran və Vaşinqton potensial razılaşma çərçivəsində Amerika hücumunun qarşısını almaq üçün iqtisadi stimul olaraq ABŞ-ın İranın təbii sərvətlərinə çıxışının təmin edilməsi imkanını müzakirə edə bilərlər.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

Kanalın mənbələrinə görə, nüvə sazişi ilə birlikdə bağlana biləcək biznes sövdələşmələri ötən il ABŞ-İran danışıqlarının bir neçə mərhələsində müzakirə olunub, o cümlədən "ABŞ-yə İran nefti, qazı və nadir torpaq ehtiyatlarının işlənməsi üçün imtiyazlı giriş imkanı verilməsi".

CNN-in mənbələrindən biri bildirib ki, "məsələnin yenidən gündəmə gəlməsi gözlənilir".

Xəbər lenti

Xəbər lenti