...

2005-ci ildə Rusiya və Qazaxıstan arasında mal dövriyyəsinin həcmi 10 mlrd dollar təşkil edib

Dünya xəbərləri Materials 21 Aprel 2006 18:56 (UTC +04:00)

2005-ci ildə Rusiya və Qazaxıstan arasında mal dövriyyəsinin həcmi demək olar ki, 20% artaraq 10 mlrd dollar təşkil edib. Bu barədə RF Hesablama Palatasının mətbuat xidməti məlumat verir. Trend in xəbər verdiyi kimi, bu məlumat Qazaxıstan parlamentinin Aşağı Palatasının sədri Ural Məhəmmədcanovun RF HP-nin sədri Sergey Stepaşinlə Astanada görüşü zamanı açıqlanıb.

Rusiya-Qazaxıstan münasibətlərinin tərkib hissəsini bu ölkələrin ali dövlət maliyyə nəzarəti orqanlarının 2004-cü ildə əməkdaşlığa dair imzalanmış sazişə əsaslanan qarşılıqlı fəaliyyəti təşkil edir. Görüşdə qeyd olunub ki, bu sənədin birgə yoxlamaların aparılmasına dair müddəasının yerinə yetirilməsi hər iki ölkə arasında ticari-iqtisadi əlaqələrin bundan sonra da inkişafı üçün əlverişli mühitin yaradılmasına imkan verir. Bu barədə "RBK" xəbər verir.

Xəbər lenti

Xəbər lenti