...

Türkiyə neft tədarükündə fasilələrə yol verildiyi üçün İraqdan $600 mln tələb edir

Dünya xəbərləri Materials 24 Aprel 2006 17:14 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Türkiyə hökuməti İraq neftinin Kərkük-Yumurkalik neft kəməri ilə nəqli zamanı yol verilmiş fasilələrlə əlaqədar Ankarının çəkdiyi ziyana görə İraqdan $600 mln kompensasiya tələb edir. Türkiyə Neft Nazirliyinin nümayəndəsi bildirib ki, 2003-cü ildə Amerikanın İraqa hücumundan sonra neft kəmərində müntəzəm olaraq diversiya baş verir.

Nümayəndənin sözlərinə görə, İraqla bağlanmış saziş belə kompensasiyanın ödənilməsini nəzərdə tutur. Həmin məbləğə, həmçinin, müddətin keçməsi ilə əlaqədar $120 mln da daxil edilib. Bu məbləğ Türkiyəyə 1990-cı illərdə İraqda BMT-nin "Ərzaq əvəzinə neft" proqramının gerçəkləşdirilməsi zamanı daxil olunmalı idi. Bu barədə "Reyter" xəbər verir.

Xəbər lenti

Xəbər lenti