...

ATƏT-in fəaliyyətdə olan sədri Moldova və Ukraynaya səfər edəcək

Dünya xəbərləri Materials 5 May 2006 13:17 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt 31 may-1 iyun 2006-cı ildə Moldva və Ukraynaya səfər edəcək.

Moldova prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Karel de Quxt bu ölkənin rəhbəri Vladimir Voroninlə görüşü zamanı bildirib.

Görüş mayın 5-də Vilnüsdə başa çatmış Baltik və Qara dəniz ölkələrinin regional əməkdaşlığına həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilib.

Trend in xəbər verdiyi kimi, Moldova prezidenti və ATƏT sədri əmin olduqlarını bildirib ki, Kiyev və Kişinyova planlaşdırılan səfər çərçivəsində Dnestryanı problemlərə dair geniş fikir mübadiləsi aparılacaq. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti