Türkiyə, İran və Pakistan Asiyanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində 1 milyard dollarlıq kapitalla Ticarət və Əməkdaşlıq Bankının yaradılması təşəbbüsü ilə çıxış ediblər.
Bu barədə Türkiyənin dövlət naziri Bəşir Atalay məlumat verib.
"Türkiyə, İran və Pakistan Ticarət və İnkişaf Bankının təsisçiləri olacaqlar. Sonradan onlara İƏT-ının digər iştirakçıları da qoşulacaq. Bankın formalaşması prosesi başa çatmaq üzrədir", - deyə Atalay jurnalistlərə bildirib.
Onun fikrincə, bank mühüm regional infrastruktur layihələrini, o cümlədən dəmiryollarının inkişafı üzrə layihələri maliyyələşdirəcək. İƏT və ya ECO-ya (Economic Cooperation Organization) Asiyanın 10 ölkəsi: Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan daxil olacaq. Bu barədə Reuters xəbər yayıb.