...

Vaşinqton noyabr sammitində Ukraynaya NATO-ya daxil olmaq barədə danışıqlara başlamağı təklif etməyə hazırdır

Dünya xəbərləri Materials 22 İyun 2006 19:11 (UTC +04:00)

Ukrayna bu il Şimali Atlantika alyansının noyabr sammitində NATO-ya daxil olmaq barədə danışıqlara başlayacaq. REGNUM İnformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə iyunun 22-də Siyasi araşdırmalar institutunun direktoru Sergey Markov Federasiya Şurasının BMT işləri üzrə komitəsinin ekspert şurasının iclasında bildirib. Onun sözlərinə görə, Vaşinqton Ukraynanın NATO-ya daxil olmasını istəyir və noyabr ayında bu danışıqların başlanması planlaşdırılır. Bu zaman o qeyd edib ki, bu məsələ siyasi cəhətdən sona qədər həll olunmayıb. Politoloq dəqiqləşdirib ki, Ukraynanın bloka qoşulması Avropa ölkələrində Fransa və Almaniyanın mövqeyinin zəifləməsi kimi gözdən keçirilir. Onun fikrincə, bu məsələ üzrə son mövqe Rusiyanın reaksiyasından, Ukraynanın siyasi qüvvələrinin iş qabiliyyətli hökümət yaratmaq qabiliyyətindən asılı olacaq. Bundan başqa, Markov qeyd edib ki, ABŞ bunu Ukraynanın dağılması hesabına etmək istəmir, ona görə də parlament dəstəyinə ehtiyac olacaq. Onun fikrincə, bloka qoşulma məsələsi refere
nduma qoyulacaq: "görünür, bunsuz bu məsələni həll etmək mümkün olmayacaq". Hazırda əhalinin 12-15%-i NATO-ya daxil olmanı dəstəkləyir. Lakin Markov hesab edir ki, NATO-ya qarşı yaranmış inamsızlığı aradan qaldırmaq üçün aşağıdakı tədbirlər görüləcək: referendum "ən son mərhələdə" keçiriləcək, sual isə üstüörtülü şəkildə tərtib olunacaq və orada populistik əlavələr qeyd olunacaq: "Ukraynada NATO-ya daxil olma, peşəkar orduya keçid, hərbi çağırışın ləğvi kimi məsələlərin daxil olduğu hərbi islahatın keçirilməsinə razısınızmı?". Politoloq qeyd edib ki, hərbi-siyasi bloka qoşulma Rusiya və Ukraynanın hərbi-texniki əməkdaşlığının ləğvinə və bir sıra digər sahələrində əhəmiyyətli itkiyə səbəb olacaq.

Trend in "REGNUM"a istinadən verdiyi xəbərə görə, Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin direktoru Aleksandr Nikitin də alternativ fikir söyləyib. O hesab edir ki, Ukraynanın NATO-ya daxil olması qaçılmazdır və, Viktor Yuşenkonun bəyan etdiyi kimi, bu 2008-ci ilin sonuna qədər baş verəcək. Doğrudur, bütün razılaşmaların keçirilməsi, sənədlərin imzalanması 7-10 il vaxt aparacaq. O ehtimal edir ki, Moskva, Ukraynanın NATO-ya daxil olmasının Rusiya ilə əlaqələrin qırılmasına səbəb olacağını ehtimal edən "sıfıra bərabər məbləğlə oyun mövqeyinin əvəzinə" iki hərbi-siyasi ittifaqların modellərinin mümkün olması barədə düşünə bilərdi. "Burada NATO ilə əlaqələrin işlənilməsi üzrə körpü qurmaq olar. Bu birgə əməliyyatların işlənməsi, hərbi sovet maşınının müasirləşdirilməsi və Avropanın 26 ölkəsi ilə birgə fəaliyyətə qoşulmaq üçün təbii poliqondur. Fəaliyyətin müəyyən planla uyğunlaşdırılması, artıq qaçılmaz olan Ukraynanın NATO və Avropa Birliyinə daxil olmasını ağrısız surətdə necə keçirmək barədə düşünmək lazımdır. Geosiyasi irəliləyişləri vaxtında görmək və onlara uyğunlaşmağı bacarmaq lazımdır. Putin bu yaxınlarda Ukraynanın bu blokdakı üzvlüyünü Ukraynanın Avropa kursuna zidd olmayan hərəkət adlandırıb və biz Qərb və Şərq kimi parametrlərdən danışarkən Ukraynanı bölməməliyik, əksinə Ukraynanın düşünməliyik ki, tam dövlət olaraq qalması üçün nə etmək haqqında düşünməliyik", - deyə Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin başçısı bildirib.

"Ukraynanın NATO və AB-yə daxil olmasının qarşısının ala biləcək yeganə amil ölkə rəhbərliyinin daxili mövqeyinin dəyişilməsidir. Məsələn, koalisiyanı idarə edən rəhbərliyin dəyişilməsi buna səbəb ola bilər, ona görə də Brüssel, AB və NATo tərəfindən potensial üzvlüyə qarşı ciddi mövqe yoxdur", - deyə Nikitin bildirib. Rusiya yenidən "qırmızı xəttin" qurulmasını bəyan edə, sanksiyalarla təhdid edə bilər, lakin bu Mərkəzi və Şərqi Avropa ölkələrinin NATO və AB-yə daxil olması zamanı yaranan vəziyyətə bənzəyəcək.

Rusiya bazarının Ukraynanın hərbi ixracatındakı payı 50-60 % təşkil edir, hərbi texnikanın ümumi əmtəə dövriyyəsində -7-8 min adda texnikadan ibarətdir. Lakin əlaqələrin pozulması nə Ukrayna, nə də Rusiya üçün qorxulu deyil. "Ağır sosial nəticələrinin olmasına baxmayaraq, dünya siyasəti nöqteyi-nəzərindən, Ukrayna bu addımı atacaq. Onun ərazisində Rusiyanın Qara dəniz donanması bazasının olması əvvəllər NATO-ya daxil olmaq üçün rəsmi maneə idi. Bu donanma üzrə saziş 2017-ci ilə qədər etibarlıdır. Hazırda ABŞ-ın mövqeyi dəyişib. NATO baş katibi bildirib ki, əgər Ukrayna bu sazişin müddətinin bitməsinə qədər NATO-ya daxil olsa, o zaman bu NATO üçün problem olmayacaq. Biz həmçinin tez-tez ağır və bahalı NATO standartlarına keçidə əsaslanırıq. Qeyd edək ki, Ukrayna artıq 4 il bundan əvvəl NATO-nun kartoqrafik standartlarına keçib. NATO köhnə Kalaşnikovlardan təhlükəsiz kalibrlərə keçmək fikrini irəli sürmür. Bu Bolqarıstan, Rumıniya və Slovakiyanın təcrübəsində görünür. Bu ölkələr rus silahlarından istifadə etmə

kdə davam edirlər. Onların dəyişməyə məcbur etdikləri yeganə aspekt - rabitə sistemidir. Ukrayna bu prosedurun onun cibinə görə olmasını əsas kimi götürür", - deyə ekspert qeyd edib.

Xəbər lenti

Xəbər lenti