...

Qazaxıstan deputatı: Biz NATO PA-dan konkret kömək gözləyirik

Dünya xəbərləri Materials 6 İyul 2006 16:33 (UTC +04:00)

Qazaxıstan parlamentinin deputatı Toxtarxan Nuraxmetov NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simmons ilə görüşüb. Bu barədə "Kazinform"un xüsusi müxbiri xəbər verib. Söhbət zamanı deputat vurğulayıb ki, onun fikrincə, Qazaxıstanla NATO arasında konkret işlərin görülməsinin vaxtı gəlib çatıb.

"Biz NATO Parlament Assambleyasından narkotik maddələrin alveri, terrorizm, ekstremizm və qanunsuz miqrasiya ilə mübarizədə konkret kömək gözləyirik" - deyə o qeyd edib.

Trend agentliyinin "Kazinform"a istinadən yaydığı məlumata əsasən, daha sonra o deyib ki, Qazaxıstan çoxvektorlu siyasət yürüdür və ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı, Koolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü NATO ilə əməkdaşlığın inkişafına maneə olmur.

R.Simmons, öz növbəsində, bildirib ki, onun Qazaxıstana səfəri bu ilin yanvarında imzalanmış Fərdi Tərəfdaşlıq Fəaliyyəti Planı ilə bağlı işə yekun vurmaqdır. Bu plan çərçivəsində NATO tərəfindən Qazaxıstana sərhədlərin təhlükəsizliyinin təmin olunması, NATO və Qazaxıstan hərbi qurumlarının fəal əməkdaşlığına xidmət edəcək qurumların yaradılmasında köməklik məsələləri həll ediləcək. Bundan əlavə, Qazaxıstana Xəzər dənizində hərbi donanmanın böyüdülməsində yardım etmək də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti