...

Mixail Saakaşvili: Rusiya sülhməramlılarının Gürücstandan çıxarılması məsələsi Putinlə görüşdən sonra həll olunacaq

Dünya xəbərləri Materials 18 İyul 2006 18:53 (UTC +04:00)

Rusiya sülhməramlılarının Gürcüstandan çıxarılması haqqında son qərar Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra qəbul olunacaq. Bu barədə Gürücstan prezidenti Mixail Saakaşvili bu gün Gürcüstan parlamentinin Rusiya sülhməramlılarının çıxarılması haqqında qərarını şərh edərkən jurnalistlərə bildirib.

Trend " Kavkaz-press"ə istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, bu görüş bir çox suallara cavab verməlidir. "Mən bütün mübahisəli və problemli məsələlər üzrə dialoqa hazıram və Rusiya tərəfindən də belə hazırlığı gözləyirəm"- deyə o vurğulayıb.

M.Saakaşvili vurğulayıb ki, Gürcüstan güzəştə hazırdır, lakin heç vaxt ölkədə "dondurulmuş münaqişələrin" mövcudluğuna razı olmaz.

"Bu məsələlər mümkün qədər tez həll olunmalıdır" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti