...

AB Yaxın Şərqdə atəşkəsə çağırır və münaqişə vətəndaşlarına 10 mln avro ayırmaq niyyətindədir

Dünya xəbərləri Materials 20 İyul 2006 18:08 (UTC +04:00)

AB Yaxın Şərqdə atəşkəsə çağırır və münaiqşə zonasındakı vətəndaşlara yardım məqsədilə 10 mln avro ayırmaq niyyətində olduğunu bəyan edir. "Associated Press"in yaydığı məlumata görə, AB-də sədrlik edən Finlyandiyanın baş naziri Matti Vanhanen Finlyandiyanın Poru şəhərində Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşdə İsrail və "Hizbullah"ı zorakılığı dayandırmağa çağırıb.

"AB Livanın cənubunda güclü beynəlxalq iştirakın yaradılmasına köməklik göstərməyə hazır olduğunu bildirib, lakin əvvəl tərəflər atəşkəs haqqında razılığa gəlməlidir. Zorakılıq və raket atəşi dayandırılmalı, saxlanılmış əsgərlər isə buraxılmalıdır" - deyə o qeyd edib. Finlyandiya prezidenti İsrailin özünümüdafiə hüququnu tanıdığını, lakin onun hərəkətlərinin təhlükəyə uyğun olmasını vacib hesab edir.

Trend "RBK"ya istinadən xəbər verir ki, Avropa Komissiyasının prezidenti J.M.Barrozunun sözlərinə görə, maliyyə yardımı münaqişə qurbanlarının ən zəruri ehtiyacları .ödəmək üçün veriləcək. "Bu yolla biz münaqişədən əziyyət çəkən mülki əhaliyə həmrəyliyimizi bildiririk" - deyə J.M.Barrozu qeyd edib.

Xəbər lenti

Xəbər lenti