...

Ukraynada milli birlik universalı üzərində işlər tamamlanıb

Dünya xəbərləri Materials 1 Avqust 2006 18:06 (UTC +04:00)

İşçi qrupu milli birlik universalı layihəsi üzərində aparılan işlərin daha bir mərhələsini tamamlayıb. Bu barədə bu gün Ukrayna prezidentinin katibliyindən xəbər veriblər.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, layihənin hazırlığında "Bizim Ukrayna" Blokunun, Regionlar Partiyası, prezident katibliyi başçısının birinci müavininin İvan Vasyunikinin koordinasiyası yanında Kommunist və Sosialist partiyaları fraksiyalarının nümayəndələri iştirak ediblər.

Sənədin layihəsi bu gün səhər prezidentin, Ali Radanın sədri və Yuliya Timoşenko Bloku istisna olmaqla, parlament fraksiyalarının rəhbərlərinin müzakirəsinə veriləcək. Prezident bu layihə ilə tanış olduqdan sonra "dəyirmi masa"nın davam etmə müddəti müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti