...

Viktor Yuşenko müstəqil surətdə müdafiə, xarici və daxili işlər nazirlərini təyin etmək niyyətindədir

Dünya xəbərləri Materials 4 Avqust 2006 17:46 (UTC +04:00)

Prezident Viktor Yuşenko koalision Nazirlər Kabinetinə təyin olunmaq üçün Ali Radaya təqdim ediləcək müdafiə, xarici və daxili işlər nazirlərinin namizədliyini müstəqil surətdə müəyyən edəcək. O, bu barədə avqustun 3-də Ukraynanın qabaqcıl televiziya kanallarına verdiyi müsahibəsində bildirib. Bu barədə REGNUM İA -nın müxbiri xəbər verib.

"Bu məsələ həll edilib, daxili işlər nazirinin namizədliyi, müdafiə nazirinin namizədliyi, xarici işlər nazirinin namizədliyi prezident tərəfindən veriləcək", - deyə o qeyd edib. Onun sözlərinə görə, digər vəzifələr kvota prinsipinə müvafiq olaraq koalisiya iştirakçıları arasında bölüşdürüləcək. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti