Beynəlxalq Valyuta Fondunun missiyası avqustun 12-də Tbilisiyə gələcək. Trend in xüsusi müxbirinə dövlət dəftərxanasından verilən məlumata əsasən, səfər zamanı BVF-nın nümayəndələri hökumətin iqtisadi blok nazirləri, baş nazir, islahatlar üzrə dövlət naziri və prezidentlə görüşəcək.
Nümayəndə heyəti dövlət büdcəsinin 2007-ci il layihəsilə tanış olacaq ki, bu layihə tarixdə ilk dəfə olaraq 4 mlrd. laridən çox olacaq.
Səfər zamanı nümayəndə heyətinin üzvləri ölkənin makroiqtisadi göstəricilərilərilə tanış olacaq.
BVF-nın missiyası Gürcüstanda Yoxsulluğun Azaldılması və İqtisadi Artım Strategiyası çərçivəsində fondun Maliyyə Yardımı Layihəsinin gerçəkləşdirilməsi gedişindən razıdır. Bu təşkilat bildirir ki, Gürcüstandakı makroiqtisadi vəziyyət əvvəlki kimi sabitdir və dövlət büdcəsinin 2006-cı ilin birinci yarımilinə olan hissəsi yerinə yetirilib.
Bu səfər fond nümayəndələrinin payız səfəri ərəfəsində tanışlıq xarakteri daşıyır.