...

Vahid Ələkbərov: "LUKOYL" tərəfindən Türkiyədə NEZ tikintisi respublika rəhbərliyindən asılıdır

Dünya xəbərləri Materials 9 Avqust 2006 17:17 (UTC +04:00)

Rusiyanın "LUKOYL" şirkətilə Türkiyə hakimiyyəti razılığa gəlsə, Zonquldağda (Türkiyənin Qara dəniz sahili) neft emalı zavodu tikiləcək. "Praym-TASS"ın məlumatına əsasən, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov Türkiyənin Energetika Bazarının Nizamlanması üzrə Cəmiyyətinin sədri Yusuf Günay ilə Ankarada keçirilən görüşdən sonra bildirib.

Trend "PravoTGK"ya istinadən xəbər verir ki, V.Ələkbərovun sözlərinə görə, Zonquldağda NEZ-in inşası Türkiyədəki enerji ehtiyatlarının hasilat və satışı sahəsində mövcud rəqabəti gücləndirəcək. "Buna səbəb neft hasilatı ilə məşğul olan və neft məhsullarının satışı üçün şəbəkəyə malik olan "LUKOYL"un bazara daxil olmasıdır" - deyə V.Ələkbərov qeyd edib.

Onun sözlərinə görə, Türkiyədə NEZ-in tikintisi haqqında qərar respublika hakimiyyətindən asılıdır. Bu, xüsusilə layihənin müddəti, texniki və iqtisadi tərəflərinə aiddir.

"LUKOYL"un rəhbəri bildirib ki, şirkət Türkiyə bazarında fəaliyyətinin genişləndirilməsi üçün addımlar atır. Sentyabrdan Türkiyənin avtomobil yollarında şirkətin loqotipi olan yanacaq doldurma məntəqələri açılacaq.

Ehtimallara görə, Zonquldağdakı zavodun gücü təxminən 8-10 mln ton təşkil edəcək. Zavodun dəyəri təxminən 3 mlrd dollara çatacaq, inşaat və layihə gücünün əldə olunması müddəti isə 5 ildir.

Xəbər lenti

Xəbər lenti