...

Ukraynanın yanacaq və energetika naziri Moskvada bir günlük səfərdədir

Dünya xəbərləri Materials 9 Avqust 2006 21:00 (UTC +04:00)

Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko "Qazprom" SC rəhbərliyilə danışıqlar aparmaq üçün Rusiyaya səfər edib. Nazirlikdən "RBK"ya verilən məlumata əsasən, səfər bir gün davam edəcək və naziri heç kim müşayiət etməyəcək.

Trend "RBK"ya istinadən xəbər verir ki, Y.Boykonun başçılıq etdiyi Ukraynanın Respublika Partiyasının məlumatına əsasən, o, Rusiyanın sənaye və energetika naziri Viktor Xristenko və "Qazprom" SC-nin idarə heyətinin sədri Aleksey Millerlə görüşüb. "Bu görüşlər zamanı tərəflər neft-qaz sahəsindəki əsas məsələlərlə bağlı orta məxrəcə gəlib" - deyə məlumatda vurğulanır. Nazirlərin görüşü Ukraynanın baş naziri Viktor Yanukoviçin Rusiyaya səfəri ərəfəsində təşkil olunduğu üçün böyük əhəmiyyət kəsb edir. V.Yanukoviç Moskvada yanacaq-energetika sahəsindəki problemli məsələləri yüksək səviyyədə müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti