...

Türkiyədə hərbi yüklərin NATO-nun "İncirlik" bazasından Mərsin limanına daşınmasından narahatdırlar

Dünya xəbərləri Materials 11 Avqust 2006 11:06 (UTC +04:00)

Türkiyənin ictimai təşkilatları və müxalifət partiyaları döyüş sürsatlarının və hərbi yüklərin NATO-nun "İncirlik" hərbi bazasından Mərsin və Silifke şəhərlərindəki dəniz limanlarına nəqlindən narahatçılıq duyurlar.

Trend in Türkiyədəki xüsusi müxbirinin verdiyi xəbərə görə, son günlər tərkibində 15-dən çox yük maşını olan nəqliyyat kolonnaları Mərsin limanı tərəfə, eləcə də NATO-nun Silifke şəhərindəki "Taşuçu" dəniz limanı istiqamətinə gedib.

Xəbər verilir ki, yüklər dəniz limanına çatmaqda olan ABŞ HDQ-nin nəqliyyat gəmisinə yüklənəcək.

ABŞ-ın Ankaradakı səfirliyinin nümayəndəsinin məlumatına görə, hərbi yük vaxtı keçmiş döyüş sürsatlarından ibarətdir. Bu yüklər məhv edilmək üçün ABŞ-a göndəriləcək. Lakin, bir sıra yerli müşahidəçilərin fikrincə, göstərilən döyüş sürsatları başqa ünvana və ilkin olaraq Kiprə göndəriləcək.

ÇXP müxalifət partiyasının nümayəndələri bu fakt üzrə ölkə parlamentinə sorğu göndərib və döyüş sursatlarının daşınması vəziyyətini aydınlaşdırmağı tələb ediblər.

ÇXP deputatı Taçidar Seyxanın fikrincə, hökümət ABŞ -ın döyüş sürsatlarının "İncirlik"dən İsrail istiqamətinə göndərilib-göndərilmədiyi və bunun üçün Türkiyənin müvafiq icazəsinin olub-olmadığı barədə suala cavab verməlidir.

Xəbər lenti

Xəbər lenti