Gürcüstanda yerli seçkilərin əlavə maliyyələşdirilməsi nəzərdə tutulmur.
Gürcüstanın maliyyə naziri Aleksi Aleksişvilinin "Novosti-Qruziya"ya bəyan etdiyi kimi, yerli özünüidarə orqanlarına seçkilərin keçirilməsi üçün əlavə vəsaitin ayrılması planlaşdırılmır. "Gürcüstan MSK-dan belə tələblər daxil olmayıb", - deyə o bildirib.
Trend in xəbər verdiyi kimi, nazirin sözlərinə görə, seçkilər 2006-cı ilin dövlət büdcəsindən MSK üçün nəzərdə tutulmuş 23 mln lari (12,7 mln dollar) həddində maliyyələşdiriləcək.