...

Ukrayna hökuməti iqtisadiyyatın aqrar sahəsini inkişaf etdirməyi planlaşdırır

Dünya xəbərləri Materials 14 Sentyabr 2006 18:19 (UTC +04:00)

2007-ci il üçün büdcə layihəsində aqrar sektorun inkişafına və kəndlərin sosial sahəsinin dəstəklənməsinə 12,8 mlrd. qrn. məbləğində vəsait ayrılıb. Bu barədə Ukraynanın maliyyə nazirinin birinci müavini Vadim Kopilov 2007-ci il üçün Ukrayna Dövlət Büdcəsi layihəsini təqdim edərkən bildirib.

Trend in "ForUm"a istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, Aqrar Siyasəti Nazirliyinin istehsal proqramlarına xərclər 27,5 % artırılıb.

"O cümlədən maldarlıq məhsullarının tarixləşdirilməsinə və kənd təsərrüfatı məhsulları istehsalçıları üçün kreditlərin ayrılmasına (1,5 mlrd.-dan çox qrn.), qısamüddətli və uzunmüddətli kreditlərin ucuzlaşdırılması mexanizmi vasitəsi ilə aqrosənaye müəssisələri üçün maliyyə yardımına(393 mln. qrn.), yerli istehsal olan mürəkkəb kənd təsərrüfatı texnikasının dəyərinin bir hissəsinin kompensasiyasına (100 mln. qrn.) əlavə xərclər ayrılıb", - Kopilov əlavə edib.

Xəbər lenti

Xəbər lenti