...

Türkiyə prezidenti parlamentdə sonuncu dəfə çıxış edib

Dünya xəbərləri Materials 2 Oktyabr 2006 18:19 (UTC +04:00)

Türkiyə prezidenti Əhməd Necdət Sezər Böyük Millət Məclisində ölkənin xarici və daxili siyasətinin aktual məsələləri üzrə bir sıra bəyanatlarla çıxış edib. Bu barədə Trend xəbər verir.

O cümlədən, səlahiyyət müddəti 2007-ci ilin may ayında başa çatan dövlət başçısı bəyan edib ki, "rəsmi Ankara "Kürdüstan İşçi Partiyası" (PKK) terror təşkilatı ilə mübarizədə gözlənilən dəstəyi" almır.

"Biz nə öz tərəfdaşlarımızdan, nə də qonşularımızdan istədiyimizi almırıq. Terrorçuların əsas bazaları Şimali İraqdadır və problemin yeganə həlli onların məhvi üzrə əməliyyatlardır. Bu, bizim qanuni hüququmuzdur və biz bu hüquqdan istifadə etmək fikrindəyik", - deyə dövlət başçısı bildirib və əlavə edib ki, Türkiyə xalqı Vaşinqtonun İraq üzrə mövqeyini də diqqətlə izləyəcək.

Türkiyə prezidenti həmçinin "dövlətdə dünyəvi başlanğıcların qorunub saxlanması və dini cərəyanların siyasiləşməsinə yol verməmək" məsələsində ictimaiyyəti sayıq olmağa çağırıb.

Türkiyənin dövlət başçısı həmçinin Türkiyə sülhməramlılarının Livana göndərilməsi mövzusuna da toxunub. "Biz oğullarımızı Livana göndərərkən onların bölgədə olma müddətini və onlara verilən funksiyaları dəqiq şəkildə müəyyən etməliyik", - deyə Sezər qeyd edib.

Xəbər lenti

Xəbər lenti