...

Daan Everts: AB NATO-nun hərbi əməliyyatına dəstək göstərməlidir

Dünya xəbərləri Materials 3 Noyabr 2006 13:25 (UTC +04:00)

Avropa İttifaqı NATO-nun Əfqanıstanda apardığı hərbi əməliyyata dəstək göstərməlidir. Transatlantik alyansın Əfqanıstandakı nümayəndəsi Daan Everts belə hesab edir.

"Biz Əfqanıstanın hüquq-mühafizə və məhkəmə sistemlərinin inkişafına və optimallaşdırımasına NATO-nun daha böyük səy göstərməsini gözləyirik", - deyə D.Everts Brüsseldə AB, BMT və Dünya Bankının nümayəndələri ilə görüşdən sonra bildirib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

(S) Associated Press-in məlumatına görə, D.Evertstin fikrincə, Əfqanıstanda sabit və etibarlı hüquq-mühafizə və məhkəmə sistemlərinin yaradılması beynəlxalq ictimaiyyətin prioritet məqsədi olmalıdır.

Xəbər lenti

Xəbər lenti