...

Ermənistan prezidenti və Avropa və Asiyaya Amerika yardımı üzrə koordinator gələcək seçkilərlə bağlı məsələləri müzakirə ediblər

Dünya xəbərləri Materials 9 Noyabr 2006 12:03 (UTC +04:00)

Ermənistan prezidenti Robert Köçəryan Yerevanda Avropa və Asiyaya Amerika yardımı üzrə koordinator, iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Amerika işçi qrupunun həmsədri Tomas Adamsı qəbul edib. Bu haqda Trend xəbər verib.

Dövlət başçısının mətbuat xidmətindən Mediamaksa verilən məlumata görə, noyabrın 8-də baş tutan görüş zamanı Robert Köçəryan Amerika hökümətinin "səmərəli islahatların həyata keçirilməsi üçün" Ermənistana göstərdiyi məqsədli yardıma görə öz minnətdarlığını bildirib.

Robert Köçəryan və Tomas Adams həmçinin Ermənistanda azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Amerika administrasiyasının nümayəndəsi bildirib ki, ABŞ demokratiyanın möhkəmləndirilməsi işində Ermənistanı dəstəkləməyə davam edəcək.

Xəbər lenti

Xəbər lenti