...

Əfqanıstanda daşqınlar nəticəsində 120-dən çox adam həlak olub

Dünya xəbərləri Materials 23 Noyabr 2006 16:30 (UTC +04:00)

Əfqanıstanda daşqınlar nəticəsində 120-dən çox adam həlak olub. Uruzqan mərkəzi əyalətində ən azı 40 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

300 yaşayış evi dağılıb, 100 hektarlarla kənd təsərrüfatı sahələri məhv olub. (s) Reuters xəbər verir ki, təbii fəlakətdən daha çox Xas Uruzqan, Çar Çion və Dehravat rayonları zərər çəkib.

Ötən həftə Baqdis əyalətində 60 nəfərə yaxın adam həlak olub, 100-dən çox sakin isə itkin düşüb. Fərah əyalətində 18 nəfər fəlakətin qurbanı olub. Noyabrın 10-da isə Nanqrahar əyalətində 9 sakinin həlak olması məlum olub.

Xəbər lenti

Xəbər lenti