...

Fransa İrana qarşı sanksiya ilə bağlı Rusiyanın mövqeyi ilə razı deyil

Dünya xəbərləri Materials 20 Dekabr 2006 20:41 (UTC +04:00)

Fransa Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasının İranın "nüvə dosyesi" ilə bağlı qətnamə layihəsində İran rəhbərlərinə individual sanksiyalar tətbiq etməmək niyyətinə narazılığını bildirib.

"Bizə bu məsələ üzrə Təhlükəsizlik Şurası birliyini qorumaq vacibdir, amma qətnamə qüvvəsinin radiusunu kiçiltmək yolu ilə yox" - deyə Fransan XİN-in rəsmi nümayəndəsi Deni Simono çərşənbə günü brifinqdə söyləyib.

Məhz buna görə BMT TŞ-nın daimi üzvləri arasında "İranın problemli nüvə proqramına məsuliyyət daşıyan ayrıca müəssisə və rəhbərlərə münasibətdə məhdud tədbirlər görmək üçün formalarla bağlı müzakirələr davam edir", deyə o əlavə edib. Bu barədə Trend RİA-ya istinadən xəbər verib.

Diplomatın sözlərinə görə, keçirilən müzakirələr "əvvəldən göstərilmiş çərçivədə qalır" və katolik miladına kimi, yəni bu həftənin sonunadək İrana qarşı sanksiyalar barədə qətnamə layihəsilə bağlı səsvermənin keçirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti