...

ABŞ dövlət katibi "kvartet" görüşünə hazırlamaqla İsrail və Fələstinə baş çəkəcək

Dünya xəbərləri Materials 13 Yanvar 2007 14:38 (UTC +04:00)

ABŞ-ın dövlət katibi Kondaliza Rays şənbə günü Yaxın Şərq vasitəçilərinin qarşıdakı "kvartet" görüşü qabağı münaqişə aparan ölkələrdəki vəziyyət və mövqelərlə tanış olmaq üçün İsrail və Fələstin ərazilərində səfərdə olacaq.

Səfərin ilk günü Rays İsrail XİN başçısı Tsipi Pereslə və hökümətdə İran probleminə rəhbərlik edən strateji planlaşmanın rəhbəri Aviqdor Libermanla görüşəcək. Bu barədə Ria Novostiyə İsrailin xarici siyasət idarələsindən xəbər veriblər.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Rays bazar günü Ramallah şəhərinə gedəcək və Fələstin Milli Administrasiyasının sədri Mahmud Abbasla görüşcək. Bazar ertəsi səhər isə Raysın İsrailin baş naziri Ehud Olmertlə danışıqları planlaşdırılıb. Bu barədə Trend xəbər verir.

Tel-Əvivdə dövlət katibinin səfərindən sürprizlər gözləmirlər. "Xüsusi heç nə olmayacaq. "Kvartet"i gözləmək lazımdır. Rays situasiyanın və tərəflərin mövqelərinin dəyişməsi üçün gəlir"-deyə RİA novostiyə İsrailli diplomat söyləyib.

BMT-nin, AŞ-nın, Rusiya və ABŞ-ın daxil olduğu "kvartet"in görüşü yanvarın 25-də Parisdə keçirilməli idi, belə ki, lap az qalmış iclas iştirakçılarının iş qrafikinin razılaşdırılmaması üzündən görüş qeyri-müəyyən vaxta təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti