...

Ukraynanın keçmiş mədəniyyət və turizm naziri Ukraynanın Belarusda səfiri təyin olunub

Dünya xəbərləri Materials 7 Fevral 2007 16:38 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko İqor Lixovoyun Ukraynanın Belarus Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunması ilə bağlı fərman imzalayıb. Trend in Kiyevdəki xüsusi müxbirinə əsasən, bu barədə Ukrayna prezidentinin rəsmi internert-nümayəndəliyində məlumat verilib.

İ. Lixovoy sonuncu təyinatına qədər Ukrayna Prezidenti Katibliyində milli - mədəni irsin qorunması məsələləri üzrə xidmətinin rəhbəri vəzifəsini tutub.

2005-ci ilin sentyabrından 2006-cı ilin noyabr ayınadək o, Ukraynanın mədəniyyət və turizm naziri olub.

Xəbər lenti

Xəbər lenti