...

ABŞ Türkmənistanın Qərblə yeni səviyyədə əməkdaşlığa hazır olmasını alqışlayıb

Dünya xəbərləri Materials 17 Fevral 2007 13:06 (UTC +04:00)

ABŞ Türkmənistanın Qərblə yeni səviyyədə əməkdaşlığa hazır olmasını alqışlayıb. Dövlət katibinin köməkçisi Riçard Bauçer bəyan edib ki, Vaşinqton həmçinin bu əməkdaşlığı dəstəkləmək niyyətindədir. "Mən Türkmənistanın yeni rəhbərliyinin vədinə inanıram, lakin Aşqabaddan beynəlxalq münasibətlərdə real dəyişikliklərə hazır olduğunu sübut edən hərəkətlər gözləyirəm", deyə R. Bauçer bildirib.

Reuters (C)-nin məlumatına əsasən, dövlət katibinin köməkçisi həmçinin Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdıməhəmmədovun "Türkmənistan xalqının rifahının yaxşılaşdırılmasına istiqamətləndirilmiş" islahatlar həyata keçirəcəyinə də ümid bəsləyir. "Əgər xalq və hökumət birgə işləsə, açıq demokratik cəmiyyətin formalaşdırılması istiqamətində irəliləyiş əldə edə bilər. Biz, onlara köməyimizi təklif etməyə hazırıq", deyə R. Bauçer bildirib.

Fevralın 14-də Qurbanqulu Berdıməhəmmədov 2006-cı ilin dekabrında Türkmənistanı 21 il idarə etmiş Saparmurat Niyazovun vəfatından sonra təyin olunmuş prezident seçkilərində qələbə qazanıb. Seçkilərin sözsüz favoriti Q. Berdıməhəmmədova 99% seçicilərin 89% səsini toplayıb.

Trend məlumat verir ki, Qərb müşahidçiləri seçkiləri demokratiyaya az yaxın olmasına görə tənqid edib. Lakin ATƏT Türkmənistana siyasi və demokrayalaşma yolunda yardım təklif edib. Q. Berdıməhəmmədovun Aşqabadda inauqurasiya mərasimində iştirak etmiş Mərkəzi Asiya dövlətləri üzrə Avropa Şurasının (AŞ) xüsusi nümayəndəsi Pyer Morrel Türkəmnistan televiziyası ilə bəyan edib ki, AŞ artıq Türkmənistanın təhsil, tibb və iqtisadiyyat sahələri üçün təkliflər hazırlayıb.

Xəbər lenti

Xəbər lenti