Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitski/ "Avropa İttifaqı və Ukrayna arasında azad ticarət zonası yaradılması ilə bağlı müzakirələr Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlükdən sonra mümkün ola bilər". Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə Avropa Komissiyasının təmsilçisi Emma Udvin Brüsseldə keçirilən brifinqdə bildirib.
"Ukrayna ÜTT-yə qəbul olunmaq istiqamətində nəzərə çarpacaq irəliləyişlər əldə edib",-deyə Emma Udvin əlavə edib. Mart ayının 5-dən etibarən isə Ukrayna və Avropa İttifaqı ararsında 2008-ci ilə qədər qüvvədə olacaq tərəfdaşılıq və əməkdaşlıq barədə sazişin yenisi ilə əvəz olunması istiqamətində danışıqlara başlanılacaq. Yeni sazişin əsas müddəalarından birinin isə azad ticarət zonasının yaradılması olacağı gözlənilir.