İran uranın zənginləşdirilməsi üzrə proqramı BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) İranın nüvə proqramı haqqında dosyesini bağlaması şərti ilə müzakirə etməyə hazırdır. RBK -nın məlumatına əsasən, bu barədə İranın XİN rəhbəri Manuçöhr Mottaki bəyan edib. Onun sözlərinə görə, Tehran sülh məqsədilə nüvə texnologiyalırının istifadə edilməsi hüququnda təkid edəcək, lakin bütün "şərtlər"in müzakirəsi üçün açıq olacaq. Səfərlə Cenevrədə olan M.Mottaki BMT-nin silahsızlaşdırılması üzrə konfransında müraciətlə çıxış edib. Bu barədə Associated Press məlumat verib.
İran nazirinin sözlərinə görə, Tehran TŞ-nin qətnaməsinin ləğv edilməsinə nail olmaq və nüvə silahının yayılmaması haqqında əlavə razılaşma qəbul etmək niyyətindədir və bundan sonra qərb dövlətlərinin bütün şərtlərini, həmçinin uranın zənginləşdirilməsi məsələsini müzakirə etməyə hazır olacaq.
Xatırladaq ki, 21 fevral 2007-ci il tarixində BMT-nin TŞ-nin İranın nüvə proqramı ilə bağlı irəli sürdüyü ultimatumun müddəti başa çatıb. 23 dekabr 2006-cı ildə qəbul olunmuş qətnamə Tehranın öhdəçiliyinə uranın zənginləşdirmək və nüvə başlıqlarının istehsalı üçün bütün layihələrin dondurulması qoyulub. Sənəd İrana nüvə texnologiyaları və raketlərin çatdırılması sistemləri ilə bağlı məhlul və texnologiyaların idxal və ixracını qadağan edir. Bununla yanaşı, qətnamə İranın nüvə proqramına aidiyyatı olan şəxs və təşkilatların aktivlərinin dondurulmasını tələb edir.
Hazırda BMT-nin TŞ-nin yeni qətnaməsi üzərində işləyir. Vaşinqtonun planına əsasən, bu qətnamə uranın zənginləşdirilməsi ilə bağlı işlərin dayandırılmasından imtina etdiyinə görə, İrana qarşı sanksiyaları kəskinləşdirməlidir. Hazırda beynəlxalq vasitəçilərin "altılığın" üzvləri İranda hərbi tədarükün əldə olunmasına qadağa qoyulması ilə bağlı razılıq əldə edib, lakin qadağa qoyulmuş hərbi silahların siyahısı hələ razılaşdırılmayıb.