...

İraqda partlayışlar nəticəsində 18 nəfər həlak olub

Dünya xəbərləri Materials 19 Mart 2007 18:07 (UTC +04:00)

(s) Reuters -in yerli milisə istinadən verdiyi məlumata görə, İraqın Kərkük şəhərində 3 maşının partlaması və yolda quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 18 nəfər ölüb, 37-si yaralanıb.

Partlayış şəhərin müxtəlif rayonlarında bir neçə dəqiqə fasilə ilə baş verib. Maşınlardan biri ölkənin keçmiş baş naziri Ayad Ələvinin partiya qərargahının yaxınlığında, digəri isə hökumət binasının yaxınlığında baş verib.

RBK .-nın məlumatına görə, partlayışın biri ticarət sıralarının olduğu küçədə avtomobilin daxilinə quraşdırılmış partlayıcı qurğunun partlaması nəticəsində baş verib.

Qeyd edək ki, Kərkük Bağdaddan təxminən 250 km şimalda yerləşir. Burada ərəblər, etnik kürdlər və türkmənlər hakimiyyət üğründa mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti