Bir gün əvvəl azad olunmuş 15 britaniyalı dənizçisi Tehranın beynəlxalq hava limanından Londona uçub.
Tehran hava limanında dənizçilərin yola salınma mərasimində İran XİN rəhbərinin müavini Məcid Qəhrəmani və Böyük Britaniyanın İrandakı səfiri Ceffri Adams iştirak edib. Bu barədə İranın İRNA rəsmi informasiya agentliyinə istinadən RİA Novosti məlumat verib.
Hərbçilər Londona Böyük Britaniyanın British Airways avia şirkətinin reysi ilə yerli vaxtla 08:00-da uçub. Böyük Britaniya səfiri hava limanında olan jurnalistlərin suallarını cavablandırmaqdan çəkinib.
Mətbuat konfransında İran prezidentinin verdiyi məlumata əsasən, çərşənbə günü İran prezidenti Mahmud Əhmədinejadın iqamətgahında britaniyalı dənizçilərin azadlığa buraxılması mərasimi keçirilib.
15 britaniyalı hərbçisi ("Kornuoll" - HMS Cornwall gəmisinin dənizçi və dəniz piyadaçıları) martın 23-də səhər saxlanılıb. İki dövlət saxlanma zamanı dənizçilərin yerləşdiyi müxtəlif koordinatlar təqdim edib - Böyük Britaniya müdafiə nazirliyinin versiyasına görə, bu, dənizçilərin ticarət gəmilərinə baxış keçirdiyi İraqın ərazi sularıdır, lakin İranın məlumatına əsasən, britaniyalılar İranın ərazi sularında saxlanılıb.
Böyük Britaniya ultimativ formada dənizçiləri aprelin 6-sı səhərə qədər azad olunmasını tələb edib.