...

Mixail Saakaşvili: "Gürcüstan cəmiyyətinə milli azlıqların sürətli inteqrasiyası prosesi gedir"

Dünya xəbərləri Materials 19 Aprel 2007 14:16 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Gürcüstan prezidenti bir çox etnik qrupların vahid Gürcüstan dövlətinə sürətli inteqrasiyası prosesinin getdiyini vurğulayır. Bu bardə bu gün Tbilisidə NATO-nun 65-ci "Rouz Rot" seminarını açıq elan edərkən Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib.

NATO-nun "Rouz Rot" seminarı 19-21 aprel tarixində keçirilir və "Gürcüstan Avroatlantik inteqrasiya yolunda" mövzusuna həsr olunub. Seminarın işində NATO Parlament Assambleyasının prezidenti Xose Lelonun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.

"Son illərdə etnik azlıqlar Gürcüstan cəmiyyətinə daha fəal inteqrasiya olunmağa başlayıb və bu proses dönməz xarakter alır" - deyə prezident qeyd edib. O vurğulayıb ki, minlərlə etnik azərbaycanlı, erməni, rus, estoniyalı və digəriləri ilk dəfə olaraq anlayıb ki, onlar bu ölkənin bir hissəsi ola və ölkənin daxilində inkişaf edə bilər. Onlar fəal olaraq gürcü dilini öyrənməyə başlayıb və Gürcüstan vətəndaşları olmaq istəyirlər" - deyə prezident bəyan edib.

Xəbər lenti

Xəbər lenti