...

Türkiyə və Gürcüstan sərhədçiləri birgə təlimlər keçirəcəklər

Dünya xəbərləri Materials 24 Aprel 2007 17:25 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ 24-16 may tarixlərində Türkiyə və Gürcüstan sərhəd idarələrinin birgə təlimləri keçiriləcək. Gürcüstanın sərhəd polisindən verilən məlumata görə, treninqlərin keçirilməsində məqsəd sərhədin qanunsuz keçilməsi, qaçaqmalçılığa qarşı vahid planın hazırlanması, həmçinin sərhəddə baş verən hadisə və cinayətlərin qarşısının alınması üçün tədbirlərin görülməsidir. Sayca altıncı olacaq təlimlər Sapri ərazisində keçiriləcək.

Üç gün müddətində digər tədbirlərlə birlikdə idman yarışları da keçiriləcək. Treninqin sonunda iştirakçılara medal veriləcək.

Gürcüstan tərəfdən təlimlərdə sərhəd polisinin rəisi Badri Bisadze və quru sərhədinin mühafizəsi departamentinin direktoru iştirak edəcək.

Türkiyə tərəfini Türkiyə hərbi qüvvələrinin hərbi attaşesi, Artvin valisi və digər rəsmi şəxslər təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti