...

Law Office of Paige E. Reffe şirkəti Gürcüstan hökumətinə hüquqi xidmət göstərəcək

Dünya xəbərləri Materials 28 May 2007 14:34 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Law Office of Paige E. Reffe şirkəti Gürcüstan hökumətinə hüquqi xidmət göstərəcək. Maliyyə naziri Aleksi Aleksişvilinin bildirdiyinə görə, müvafiq müqavilə Gürcüstan hökuməti ilə şirkət arasınada rəsmiləşdiriləcək.

Gürcüstan hökuməti hüquqi yardım haqqında layihəni artıq bəyənib. Müqaviləni baş nazir Zurab Noqaideli imzalayacaq.

Maliyyə Nazirliyi layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün "2007-ci il Gürcüstanın dövlət büdcəsi haqqında" qanuna müvafiq olaraq hökumətin ehtiyyat fondundan hökumət dəftərxanası üçün 305 000 ABŞ dolları məbləğində milli valyuta ayırmalıdır.

Xəbər lenti

Xəbər lenti