...

"Sahil"də bina yanıb (YENİLƏNİB-2)

Hadisə Materials 14 İyul 2016 15:11 (UTC +04:00)
Bakıda metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən binalardan birində yanğın baş verir.
"Sahil"də bina yanıb (YENİLƏNİB-2)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən 5 mərtəbəli binalardan biri yanır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın Üzeyir Hacıbəyli küçəsi, 24/27 ünvanında yaşayış olmayan binada baş verib.

Artıq yanğınsöndürmə briqadaları yanğının söndürülməsi üçün iş aparırlar. Hazırda yanğının yayılmasının qarşısı alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

FHN-in məlumatında qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonunda hər mərtəbəsi 900 kv.m olan dördmərtəbəli müxtəlif təyinatlı binanın 2-ci mərtəbəsinin yanar konstruksiyaları 250 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti