...

Azərbaycanın peyki Gürcüstan, Qırğızıstan və Moldovaya xidmət göstərəcək

Cəmiyyət Materials 24 May 2017 20:00 (UTC +04:00)
Azərbaycanın “Azərkosmos” ASC peyk operatoru Gürcüstan, Qırğızıstan və Moldova vətəndaşları üçün ““Azersky” İstifadəçilər qrupu” layihəsini işə salıb
Azərbaycanın peyki Gürcüstan, Qırğızıstan və Moldovaya xidmət göstərəcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın “Azərkosmos” ASC peyk operatoru Gürcüstan, Qırğızıstan və Moldova vətəndaşları üçün ““Azersky” İstifadəçilər qrupu” layihəsini işə salıb.

Trend bu barədə şirkətə istinadən məlumat verir. Layihə bu ölkələrin elmi-tədqiqat institutlarına, universitetlərinə, eləcə də alimlərə, tələbələrə, tədqiqatçılara və elmi araşdırmalarla məşğul olan şəxslərə aşağı orbitli peyklərdən alınan görüntülərin keyfiyyətini qiymətləndirməyə imkan verəcək.

İştirakçılar öz layihələrinin 2017-ci il iyun ayının 20-dək təqdim edə bilər. “Azərkosmos” seçilmiş layihələr üçün Azersky/SPOT6 peykindən görüntüləri təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti